2025/2026 Avroliqa mövsümünün “Dördlər Finalı”na bütün biletlər satılıb. Bu barədə turnirin mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, oyunlar Afinada keçiriləcək. Bilet satışının dördüncü və son mərhələsi dünən səhər açılıb və qalan biletlər qısa müddətdə satılıb.

“Afinadakı “Dördlər Finalı”nın biletlərinə tələbat pik həddə çatıb. Geniş ictimaiyyət üçün mövcud olan bütün biletlər rəsmi olaraq satılıb. Hər mərhələdə biletlərin satılma sürəti oyunların cazibəsini vurğulayır. Avropanın hər yerindən və digər ölkələrdən olan azarkeşlər mövsümün ən vacib basketbol tədbiri üçün Afinada yerlərini təmin ediblər”, – deyə Avroliqanın açıqlamasında qeyd edilir.

Xatırladaq ki,  “Dördlər Finalı” mayın 22-24 tarixlərində Afinada keçiriləcək. Tunirdə iştirak edəcək komandalar pley-off mərhələsindən sonra bilinəcək.

Shares: