MBA-da bu gecə pley-off seriyasında ikinci oyunlara start verilib.
Qərb konfransında Minnesota komandası Denverdə qalib gələrək (119:114) ümumi hesabı bərabərləşdirib. Yokiç oyunu 24 xal, 12 ribaund və 8 asistlə tamamlayıb. Qonaq komandada Edvards 30 xal toplayıb.
Daha bir seriyada hesab tarazlaşıb. Atlanta komandası Nyu-Yorkda qələbə qazanıb – 107:106. Maraqlıdır ki, son periodda qonaqlar 12 xal geridə olublar.
“Kavalers” isə ikinci dəfə “Toronto Reptors”u məğlubiyyətə uğradıb – 115:105. Klivlend komandasının heyətində Mitçell 30 xal toplayıb. Ceyms Hardenin aktivində 28 xal var.






