“Böyük Dəbilqə” seriyalı turnirlərin dördqat qalibi və dünya reytinqinin birinci tennisçisi Arina Sabalenka “Laureus World Sports Awards” mükafatında qalib olub. Ardıcıl üçüncü il nüfuzlu tədbir İspaniyanın Madrid şəhərində təşkil edilib.

Sabalenkanın titul uğrunda rəqibləri aşağıdakı idmançılar olub :

Aitana Bonmati (futbol, İspaniya);

Melissa Cefferson (atletika, ABŞ);

Fait Çepngetiç Kipyeqon (atletika, Keniya);

Keyt Ledeki (üzgüçülük, ABŞ);

Sydni Makloulin (atletika, ABŞ).

Qaydalara əsasən, “Laureus” mükafatına namizədlər siyahısi 70-dən çox ölkəni təmsil edən 1000-dən çox idman media orqanı tərəfindən səsvermə yolu ilə formalaşdırılır. Daha sonra “Laureus World Sports Academy” bu siyahılardan qalibləri seçir.

Shares: