İtaliya kubokunda ilk finalçı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab oyununda “İnter” evdə “Komo” ilə qarşılaşıb.
Bu komandaların ilk görüşü qolsuz bitmişdi. Cavab matçında əzmkar qələbə qazanmış Milan təmsilçisi ilk finalçı olub.
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
21 aprel
İnter – Komo 3:2 (ilk oyun 0:0)
Qollar: H.Çalhanoğlu, 69; 86. Suçiç, 89 – Baturina, 32. Da Kunya, 48.
22 aprel
Atalanta – Latsio (ilk oyun 2:2)






