Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov istefaya göndərilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

Qurumun rəhbərliyi Rebrovun fəaliyyətini incələdikdən sonra onun istefasına qərar verib. Yeni baş məşqçinin tezliklə müəyyənləşəcəyi vurğulanıb.

Xəbərdə o da qeyd olunur ki, Rebrov UFA-da vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Sergey Rebrov 2023-cü ildən Ukrayna yığmasına rəhbərlik edirdi.

Shares: