Türkiyə kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Trabzonspor” “Samsunspor”u penaltilər seriyasında üstələyib. “Beşiktaş” isə “Alanyaspor”la oyunda darmadağınla istəyinə çatıb.

Daha öncə “Gənclərbirliyi” “Qalatasaray”ı, “Konyaspor” da “Fənərbağça”nı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdilər.

Yarımfinalda “Beşiktaş” “Konyaspor”la, “Gənclərbirliyi” “Trabzonspor”la qarşılaşacaq. Bu mərhələsinin oyunları mayın 13-də keçiriləcək.

Türkiyə kuboku
1/4 final

23 aprel

Samsunspor – Trabzonspor 0:0 (penaltilər 1:3)

Beşiktaş – Alanyaspor 3:0
Qollar: Ture, 17. O.H.Qyu, 83. O.Kökçü, 85.

Shares: