“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, komanda buna yarımfinal mərhələsinin ikinci oyununda “Neftçi”ni məğlub etməklə nail olub.

Bakı İdman Sarayındakı qarşılaşma 90:81 hesabı ilə bitib.

İlk görüşdə “Abşeron Lions” qalib gəlib – 95:89.

Beləliklə, komanda finalda “Sabah”a rəqib olub.

Shares: