“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 30-cu turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“İlk növbədə “Zirə”ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb. Oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi, lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problem kimi var. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik”.






