Niderland Erediviziyasında 32-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” bu turda “Herenven”i qəbul edib və 0:2 hesabıyla uduzub.

Kökçü start heyətdə meydana çıxıb və 51-ci dəqiqədə əvəzlənib.

“Volendam” hazırda 31 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Shares: