Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Yarımfinal mərhələsinin ikinci cavab oyununda “Bayern” Münhendə PSJ-ni qəbul edəcək.
Qarşılaşma “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq.
Parisdəki ilk görüşdə meydan sahibləri 5:4 hesablı qələbə qazanıb.
Xatırladaq ki, cütün qalibi finalda “Arsenal”la üz-üzə gələcək.






