Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək. “Tipos Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.
Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.






