“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, o, Bolqarıstan və Slovakiya ilə yoldaşlıq oyunları üçün milliyə çağırılıb.
Bolqarlarla görüş iyunun 1-də, Slovakiyaya qarşı oyun isə iyunun 5-də keçiriləcək.






