“Səbail” baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Bu barədə Bakı təmsilçisi məlumat yayıb.

I Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyib. O, komandanı Premyer Liqaya yüksəltməyi bacarmayıb.

Satıldığını xeyli öncədən xəbər verdiyimiz “Səbail”in özündə də dəyişikliklər sıralanacaq. Dünən klubun yeni rəhbərliyinin adı rəsmən açıqlanıb. “Dənizçilər” tezliklə Qubaya köçərək bu rayonu təmsil edəcək. Yeni baş məşqçi də bundan sonra müəyyənləşəcək.

Shares: