İngiltərə millisinin sabiq müdafiəçisi və “Fox Sports” kanalının şərhçisi Uorren Barton 2026-cı il dünya çempionatının qrup mərhələsində Özbəkistan və Kolumbiya yığmaları arasında keçirilən oyun zamanı başından xəsarət alıb. Mexikodakı “Asteka” stadionunda baş verən insident barədə Bartonla birlikdə şərhçilik edən Ceki Outli məlumat verib.
“Ona nəyinsə dəydiyini eşitdim və geriyə çevriləndə alnından qan axdığını gördüm. Hər şey qaydasındadır”, — deyə Outli “X” sosial şəbəkəsində yazıb.
Qarşılaşma Kolumbiya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Özbəkistan üçün bu oyun dünya çempionatlarının final mərhələsində debüt matçı olub. Əvvəllər “Nyukasl”da çıxış etmiş və İngiltərə yığmasında 16 oyun keçirmiş Barton ilkin tibbi yardımdan sonra efirdəki işini davam etdirib.






