DÇ-2026-da Meksika ilə oyundan əvvəl Cənubi Koreya yığmasının məşqinə pilotsuz uçuş aparatı gəlib.

“Yonhap” informasiya agentliyinin məlumatına görə, hadisə çərşənbə axşamı Cənubi Koreya millisinin Meksikadakı qapalı məşqi zamanı baş verib.

İsinmə hərəkətləri zamanı təhlükəsizlik xidmətinin əməkdaşı məşq bazası üzərində dron görüb və bu barədə Meksika hərbçilərinə məlumat verib. Onlar isə öz növbəsində aparatı vurublar.

Koreya Futbol Assosiasiyasının (KFA) məlumatına görə, vurulan dronu onu buraxdıqları ehtimal edilən iki nəfər götürüb və Meksika polisləri tərəfindən yaxalanmamış hadisə yerindən qaçıblar. KFA yerli polisə müraciət edərək hadisə barədə FİFA-nı da məlumatlandırıb.

Shares: