İngiltərə millisinin üzvü Cud Bellingem Avropa futbolunda yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiya ilə keçirilən oyunda (4:2) nail olub.
Belə ki, Bellingem dörd müxtəlif böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu adını qazanıb. Xorvatiya ilə matç zamanı o, 22 yaşı 353 günlüyündə olub.
Əvvəlki rekord isə Lukas Podolskiyə məxsus idi. O, dördüncü böyük beynəlxalq turnirində 23 yaş 4 günlük olarkən iştirak etmişdi.






