“Arsenal” 55 il əvvəlki rekordunu təkrarlayıb. İngiltərə klubu buna UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya təmsilçisi “Atletiko”nu məğlub etməklə (1:0) nail olub.

“Topçular” cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. “Arsenal” 1970/1971 mövsümündə də 41 qələbəyə çatıb. Komanda həmin vaxt Federasiya Kubokunu qazanmışdı.

Xatırladaq ki, ilk qarşılaşmada “Atletiko” ilə heç-heçə (1:1) edən kollektiv qitənin bir nömrəli klub turnirində finala vəsiqə qazanıb. “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 76 xalla liderdir.

Shares: