“Zirə”nin futbolçusu Junior Martinsin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 30-cu turunda “Qəbələ” üzərində çətin qələbə qazandınız. Oyun barədə fikirləriniz necədir?
– “Qəbələ” ilə oyun çətin keçdi. Onların yaxşı komandası var və liqada qalmaq uğrunda mübarizə aparırlar. Asan qarşılaşma gözləmirdik. Hər şey düşündüyümüz kimi oldu və sevinirəm ki, qalib gəldik.
– İlk hissədə rəqib demək olar ki, sizdən üstün təsir bağışlayırdı. Sizcə, bəxt də müəyyən qədər sizin tərəfinizdə idi?
– Əvvəlcədən də bilirdik ki, ağır oyun olacaq, amma sonda qazandığımız 3 xal Avropa Liqasına vəsiqə uğrunda mübarizəmizdə bizə çox kömək etdi.
– Vurduğunuz qol komandaya vacib 3 xal qazandırdı. Belə qələbələrdə pay sahibi olmaq sizi daha da motivasiya edir?
– Həmişə komandama kömək etməyə çalışıram.
– Avrokuboklara vəsiqə zonasında ciddi rəqabət var. “Neftçi” qalib gəlsə, sizi qabaqlayacaq. Bu, sizi narahat edir?
– Mən “Neftçi”barədə düşünmürəm və onların nəticələrinə baxmıram. Avropa Liqasına vəsiqəni mövsümün son hissəsində daha yaxşı çıxış edən komanda qazanacaq. “Zirə” isə tam olaraq qələbələr qazanmağa fokuslanıb.
– Növbəti turda səfərdə “İmişli” ilə qarşılaşacaqsınız. Sizcə, Qubadan qələbə ilə qayıdacaqsınız?
– Qarşıda bizi yenə yaxşı komandaya qarşı çətin səfər oyunu gözləyir. Stadion amilinə görə oyun çox ağır keçəcək. Amma biz ora qələbə qazanmaq üçün gedirik.Əlimizdən gələni edəcəyik ki, növbəti 3 xala sahib çıxaq.
FƏRİD






