Misli Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün 2 oyun baş tutacaq.

“Qəbələ” evdə “Qarabağ”la qarşılaşacaq. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq.

Günün digər oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Daha öncə “Sabah” “Kəpəz”ə (0:1) uduzub, “İmişli” – “Zirə” (0:0) matçında qalib müəyyənləşməyib. “Turan Tovuz” – “Karvan-Yevlax” və “Neftçi” – “Şamaxı” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
31-ci tur

9 may

“Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Shares: