Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı davam etdirmək üçün Macarıstana yollanıb.

Futbolinfo.az xəbər verir ki, millimiz mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında olacaq.

Daha sonra Faiq Qarayevin rəhbərlik etdiyi komanda hazırlığı Sloveniyada davam etdirəcək. Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.

Hazırlıq proqramında milli komandanın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.

Shares: