Bu gün növbəti mösüm üçün Azərbaycan I Liqasına vəsiqə qazanan son komanda məlum olacaq.

Saat 16:00-da Şamaxı şəhər stadionunda başlayacaq pley-off oyununda “Şimal” “Qaradağ Lökbatan”la qarşılaşacaq. Oyunda VAR sistemi də tətbiq ediləcək.

Qeyd edək ki, 2025/26 mövsümündə “Şimal” 1-ci liqada 9-cu, “Qaradağ Lökbatan” isə 2-ci liqada 2-ci yeri tutub.

Shares: