“Barselona” Ferran Torresin klubdan ayrılacağı təqdirdə “Yuventus”un hücumçusu Duşan Vlahoviçi alternativ variant kimi nəzərdən keçirir. Lakin serbiyalı forvardın namizədliyi prioritet seçim deyil. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin verdiyi xəbərə görə, Kataloniya klubu 26 yaşlı futbolçunun transferini azad agent kimi reallaşdıra biləcəyini başa düşür, belə ki onun “Yuventus”la müqaviləsi iyunun 30-da başa çatır. Bununla belə, Vlahoviç təxminən 8 milyon avro maaş, həmçinin 15 milyon avro imza bonusu tələb etmək niyyətindədir.
Ötən mövsüm Vlahoviç bütün turnirlərdə 23 oyunda iştirak edib, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.
