Üçqat dünya çempionu, niderlandlı üzgüçü Marrit Stenbergen İtaliyada keçirilən yarışda 100 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekordu müəyyənləşdirib.
Stenbergen məsafəni 51,68 saniyəyə qət edərək üçqat olimpiya çempionu, isveçli Sara Şöströmün əvvəlki dünya rekordunu (51,71) 0,03 saniyə yeniləyib.
İtaliyadakı yarışın finişində ikinci yeri Honkonq təmsilçisi Şivon Hoqi (52,52) tutub, ilk üçlüyü isə 52,69 saniyəlik nəticə ilə italyan Sara Körtis qapayıb.
Üzgüçülük. Roma. Beynəlxalq turnir. 100 m, sərbəst üsul, qadınlar:
Marrit Stenbergen (Niderland) – 51,68 (yeni dünya rekordu).
Şivon Hoqi (Honkonq) – 52,52.
Sara Körtis (İtaliya) – 52,69.
Qretçen Uolş (ABŞ) – 52,91.
Emma Menikuççi (İtaliya) – 53,92.
