MBA-nın dördqat çempionu Toni Parker rəsmən ASVEL komandasının baş məşqçisi təyin edilib.
Qeyd edək ki, o, həm də klubun sahibidir. 44 yaşlı mütəxəssis bu vəzifədə Pierri Pupeni əvəzləyib. Parker son 12 ili 2014-cü ildə rəhbərliyinə keçdiyi klubun prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə ASVEL dörd Fransa çempionluğu, iki ölkə kuboku və 2016-cı ildə bir Superkubok qazanıb.
“Bu əfsanəvi klubda belə bir məsuliyyəti üzərimə götürdüyüm üçün böyük qürur hissi keçirirəm. Hər gün yenidən meydana qayıtmaq, oyunların adrenalini yenidən hiss etmək və komandanın inkişafına rəhbərlik etmək məni dərindən motivasiya edir. Oyuna olan ehtirasım sönməyib və mən bütün heyətimlə birlikdə komandaya tam bir qalibiyyət mədəniyyəti aşılamaq və iddialı gələcək qurmaq üçün yorulmadan çalışacağam.
Bu, uzunmüddətli perspektivdə qurmaq istədiyimiz irimiqyaslı inkişaf layihəsinin ilk addımı, yeni bir səhifənin başlanğıcıdır. Villerbanı, Lionu və Fransa basketbolunu qürurla təmsil edə bilməyimiz üçün hər şey möhkəm əsaslarla qurulmalıdır”, — deyə Parker bildirib.
