“Kolumbiya ilə görüş Portuqaliya üçün böyük təcrübə oldu”. Bunu Roberto Martines DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Portuqaliya yığmasının baş məşqçisi qolsuz bitən qarşılaşma barədə danışıb: “Çətin oyun idi və biz bunu gözləyirdik. Hava şəraiti də əlverişsiz idi, həmçinin birəbir mübarizələrə girən Cənubi Amerika komandasına qarşı oynayırdıq.

Hücumda çox pressinq etdik. Çalışırdıq ki, topa nəzarət edək. Vitinya kimi oyunçuların istedadından bəhrələnmək lazım idi. Bununla belə, bu qarşılaşma bizim üçün çox böyük təcrübə oldu. Güclü xarakter göstərdik və qapımızı toxunulmaz saxlamaq üçün mübarizə apardıq. Qapıçımız Diequ Koştanın bu səviyyədə çıxışını görmək çox sevindiricidir”.

Shares: