Uruqvay Futbol Assosiasiyası milli komandanın 2026-cı il dünya çempionatıdan kənarlaşdırılmasından sonra çarter reysini ləğv edib. Hər bir oyunçu ABŞ-dan kommersiya reysi ilə qayıtmalı olacaq.
Uruqvay üç oyundan iki xal qazanaraq H qrupunda üçüncü yeri tutub. Bu isə komandaya pley-offa yüksəlməyə imkan verməyib.
DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı çempiondur.
