Futbol üzrə dünya çempionatında L qrupunda da III tura yekun vurulub. Yekun sürpriz deyil.
İngiltərə Panamaya 2:0 hesabı ilə qalib gəlməklə qrup liderliyini təmin edib. Şimali amerkalılar turniri xalsız və qolsuz tərk edib. İngilislərin qollarını 62-ci dəqiqədə Cud Bellineqem, 67-ci dəqiqədə isə Harri Keyn vurub.
Digər görüş dramatik alınıb. İlk 2 turda 4 xal toplayan Qana Xorvatiyaya da çətin anlar yaşadıb. Cəmi 3 xalı olan avropalılar uduzacağı halda mundialla vidalaşacaqdı. Amma hesabı açan xorvatlar rəqibini bərabərlik qolundan həmən sonra yenidən məyus etməklə qrup ikincisi olub.
Xorvatiyada Petar Suçiç (31) və Nikola Vlaşiç (83) qol vuran futbolçular olublar. Afrikalıların heyətində isə Derrik Lyukkassen (73) özündən söz etdirməyi bacarıb – 2:1.
Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla ikinci sırada tamamlayıb. 4 xalı olan Qana isə üçüncü yerdə qərarlaşıb. Bu nəticə afrikalılara da pley-offda oynamaq şansı verəcək.
