Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Son olaraq J qrupunda komandaların taleyinə aydınlıq gəlib.
Liderliyi daha öncədən təmin edən Argentina yığması 3-cü turda da rəqibinə acımayıb. Lionel Messinin mundiallarda ardıcı 7-ci görüşdə fərqlənməsi iə yadda qalan oyunda İordaniya son dünya çempionlarını ilk dəfə məyus etməyi bacarıb.
Dallas stadionunda keçirilən oyunda cənubi amerikalılar 3:1 hesabı ilə qalib gəlib. Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31-penalti) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.
Digər oyun daha dramatik alınıb. Son dəqiqələrdə hesabda geri düşən Avstriya final fiti verilən ərəfədə bərabərliyi təmin edərək qrup ikincisi ola bilib. Əks halda, avropalılar qrupda qalacaqdı.
Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.
