Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyununda fərqlənməklə nail olub.

O, mundiallardakı qollarının sayını altıya çatdırıb. Beləliklə, forvard Mark Vilmotsu (5 qol) geridə qoyub.

Xatırladaq ki, Belçika millisi 5 xalla G qrupunu birinci pillədə bitirib və pley-offa yüksəlib.

Shares: