İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Əmir Qalenoy açıqlama verib.
Mütəxəssis G qrupunun III turunda heç-heçə (1:1) başa çatan matçdan sonra fikirlərini bölüşüb:
“Bəxt tərəfimizdə olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda həyata keçirilən dəyişikliklər və bərpa üçün yetərli vaxtın olmaması komandanın performansına təsir göstərdi. İndi yalnız növbəti qarşılaşmaların nəticələrini gözləməliyik və ümid edək ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələcəyik”.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
