Belçika millisi haqqında kənardan deyilən sözlər motivasiya mənbəyi deyil.
Futbolinfo.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Rudi Qarsiya açıqlama verib.
Mütəxəssis Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyunundan sonra fikirlərini bölüşüb:
“Hazırda heç nəyə nail olmamışıq. Sadəcə, növbəti mərhələyə vəsiqə qazanmışıq. Pley-offdakı rəqibimizi gözləyəcəyik. Amma ilk növbədə bugünkü qələbəyə sevinəcəyik. Daha sonra diqqətimizi növbəti görüşə yönəltməliyik. Mən heç vaxt kənardan verilən açıqlamaları motivasiya vasitəsi kimi qəbul etmirəm. Ən vacib olan komandamızın daxilindəki inamdır”.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
