Növbəti mövsümə daha iddialı olmağı hədəfləyən “Turan Tovuz” rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır.
Klub rəhbərliyinin “Fənərbağça”ya yoldaşlıq oyunu ilə bağlı müraciəti müsbət qarşılanıb. Son mövsümü üçüncü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazansa da, son anda 7 il əvvəlki məsələyə görə avrokuboklardan kənarda qalan Tovuz təmsilçisi yoldaşlıq oyununda Türkiyə nəhəngi ilə qarşılaşacaq.
Qeyd edək ki, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən “Turan” 1994-cü ildə məhz “Fənərbağça” ilə qaşılaşmışdı və futbol tariximizə ilk avrokubok təmsilçimiz kimi düşmüşdü.
Tovuz şəhər stadionunda baş tutacaq oyunun keçiriləcəyi tarixin klub tərəfindən yaxın vaxtlarda açıqlanması gözlənilir.
