Futbol üzrə dünya çempionatında K qrupunda mübarizə başa çatıb. 3-cü turun nəticələrindən sonra sürpriz lider üzə çıxıb.

Kolumbiya Portuqaliya ilə qarşılaşmada qolsuz heç-heçəyə nail olaraq zirv ədə qalıb. Avropa təmsilçisi 5 xalla ikinci sırada yer alıb. Hər iki yığma pley-offa vəsiqə əldə edib. Bu raundda Kolumbiya Qana, Portuqaliya isə Xorvatiya seçməsi ilə üz-üzə gələcək.

Qrupun digər oyununda Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib – 3:1. Bu nəticə afrikalılara pley-offa yüksəlmək imkanı verib.

Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.

Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb. Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.

LvVXXvS5RhQphOoKqQzp3C0puyn1cGtEZ4i1hGH2 1200 - Futbolinfo.az
Shares: