Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə olaraq eyni vaxtda 9 Afrika ölkəsi pley-off mərhələsinə vəsiqə qazanıb.

Bu ölkələr aşağıdakılardır:

Əlcəzair;

Kabo Verde;

DR Konqo;

Misir;

Qana;

Kot d’İvuar;

Mərakeş;

Seneqal;

Cənubi Afrika Respublikası (CAR).

Qrup mərhələsindən sonra DÇ-2026 ilə vidalaşan yeganə Afrika ölkəsi Tunis olub. Komanda üç oyunda xal toplamayaraq F qrupunda dördüncü yeri tutub.

Pley-offa yüksələn doqquz ölkədən beşi öz tarixində ilk dəfə bu uğura imza atıb. Bunlar DR Konqo, Kot d’İvuar, CAR, Misir və ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edən Kabo Verde milliləridir.

Shares: