Formula 1 üzrə dünya çempionatında 8-ci mərhələ geridə qalıb. Bu dəfə yarış Avstriyada “Red Bull Ring”də keçirilib.
Doğma tras olmasına baxmayaraq Maks Ferstappen qələbə qazana bilməyib. Şənbə günü təsnifatda qəzaya uğrayan niderlandlı sürücü 5-ci yerdən irəliləyərək 2-ci olub.
Qələbəni isə “Mersedes” sürücüsü Corc Rassel bayram edib. İngiltərəli pilot yarış zamanı düzgün qərarlar verməklə qalib gəlib. Podiumun son pilləsi isə onun komanda yoldaşı Kimi Antonelliyə qismət olub.
3-cü olmasına baxmayaraq Antonelli liderliyini davam etdirir. Onun aktivində 171 xal var. Komanda yoldaşı Corc Rassel 131 xalla ikincidir. 3-cü pillədə isə 125 xalla Lyuis Həmiltondur.
