Luis Enrike məşqçilik karyerasında üçüncü dəfə Çempionlar Liqasının qalibi olub. İspan çallışdırıcı dünən PSJ-nin baş məşqçisi kimi finalda “Arsenal”ı məğlub edərək (1:1, penaltilərdə 4:3) kuboku başı üzərinə qaldırıb.
Parislilər ötən il də turnirin qalibi olmuşdular. 2015-ci ildə Enrike “Barselona”nı bu yarışda qələbəyə aparıb.
İndi Luis üç dəfə Çempionlar Liqasını və ya Avropa Çempionları Kubokunu qazanan Bob Peysli, Zinəddin Zidan və Xosep Qvardiolaya şərik olub. Zirvədəki Karlo Ançelottinin beş kuboku var.
Enrike dünənki matçdan sonra qələbə təəssüratlarını bölüşüb: “Çox güclü bir komandanı məğlub etdik. Matç gərgin keçdi. Belə olacağı məlum idi. Qalibiyyətin sirri daim çalışmaqdır. Əvəzetmələr həlledici idi. Qonsalo, Beraldo, Bredli və Uorren oynamağa layiq idilər, amma düzgün futbolçuları seçmək çox çətin idi”.






