Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin başlanma saatında dəyişiklik edilib.
Hər iki tədbir öncədən planlaşdırılan vaxtdan bir saat gec başlanacaq.
4 iyun
20:30. Mətbuat konfransı
21:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransı və açıq məşqin başlanma saatı Bakı vaxtı ilə göstərilib.






