“Səbail”in yeni rəhbəri məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Beləliklə, “Səbail”in İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub.
“Səbail” yeni mövsümdə 1-ci Liqada mübarizə aparacaq.






