Ötən mövsüm bıçaqlanma hadisəsi səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan “Kəpəz”in futbolçusu Veysəl Rzayev karyerasını I Liqada davam etdirəcək. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçunun xidmətində “Şahdağ Qusar” maraqlıdır.
Bununla yanaşı, Premyer Liqanı yeni tərk edən “Karvan-Yevlax” da Rzayevə dəvət göndərib. Tərəflər arasında danışıqlar davam edir.
Futbolçu gələcək karyerası ilə bağlı yekun qərarını ayın sonuna qədər verəcək.
Qeyd edək ki, Veysəl Rzayev 2025/2026 mövsümünün ilk yarısında “Turan Tovuz”un formasını geyinib. O, mövsümün ikinci hissəsi öncəsi “Kəpəz”ə transfer olunub.






