“Reyncers”in yeni başməşqçisi bəlli olub. Şotlandya nəhəngini Derek Makinnes çalışdıracaq.
Futbolinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb.
Daha öncə “Sent Conston”, “Bristol Siti”, “Aberdin” və “Kilmarnok”da çalışmış məşqçi ötən mövsüm “Harts”a rəhbərlik edib.






