“Real” “Çelsi” və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes ilə müqavilə imzalayıb. Bu barədə tanınmış jurnalist və insayder Nikolo Şkira sosial media platforması X-də məlumat verib.
Mənbənin məlumatına görə, İspaniya nəhəngi futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. Qeyd olunur ki, “Real” London klubundan ayrılıb Madridə keçmək istəyən yarımmüdafiəçini transfer etmək üçün “Çelsi”yə böyük bir təklif göndərməyə hazırdır.
Digər insayder Matteo Moretto argentinalı oyunçunun İspaniya nəhənginin əsas transfer hədəfi olduğunu bildirib.
Bir müddət əvvəl “Çelsi”nin Fernandes üçün 138 milyon avro istədiyi bildirilirdi.
Keçən mövsüm Fernandes bütün yarışlarda 54 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. “Transfermarkt”a görə, yarımmüdafiəçinin bazar dəyəri 90 milyon avrodur.






