Futbol tarixində ikinci dəfə dünya çempionatının oyununda qadın baş hakim fəaliyyət göstərəcək.
Futbolinfo.az xəbər verir ki, A qrupunun II turunun Çexiya – Cənubi Afrika Respublikası matçını ABŞ-dən olan Tori Penso idarə edəcək.
Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, fransalı qadın referi Stefani Frappar 2022-ci ildə gerçəkləşən mundialda Almaniya – Kosta Rika görüşündə (4:2) söz sahibi olub. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.






