“Sabah” futbolçusu Andrey Santosu icarəyə göndərib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “İberiya”ya keçib. Bu barədə Gürcüstan təmsilçisi məlumat yayıb.
Santos ötən ilin yayında “Sabah”a qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 6 oyuna çıxıb.
Xatırladaq ki, “İberiya” “Sabah”ın Konfrans Liqasındakı potensial rəqibidir. Paytaxt təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) uduzarsa, KL-in 2-ci təsnifat mərhələsində “Flora” (Estoniya) – “İberiya” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.






