Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, mundialın növbəti oyununda Almaniya və Kot-d’İvuar yığmaları qarşılaşıblar.

Toronto stadionunda keçirilən E qrupunun 2-ci turunun matçında avropalılar 2:1 hesabı ilə qalib gəliblər.

Hesabı afrikalılardan Frans Kessye (30) açıb. Bundestimin heyətində isə Deniz Undav (68, 90+4) dubl müəllifi olub.

Bu qrupun digər oyununda, saat 04:00-da Ekvador Kurasao ilə qarşılaşacaq.

Shares: