“Zirə” heyətinə yeni futbolçu qatıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “qartallar” son olaraq Portuqaliyanın “Portominense” klubunda forma geymiş Maycon Kleiton de Paula Azevedo ilə anlaşıb.

Braziliyalı qapıçı artıq Bakıdadır. O, tibbi müayinədən keçərək rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, Maycon peşəkar karyerasına Braziliyanın “Santa Kruz” klubunda başlayıb. Daha sonra o, “Red Bull Brangantino”, “Vitoriya”, “Ceara” kimi klublarda çıxış edib, 20024-cü ildə isə “Porominense”yə keçib, son mövsümü də orada oynayıb.

Mövsüm bitən kmi Tiaqo Silva ilə yollarını ayıran “Zirə” bununla da “Qarabağ”dan Fabio Buntiçi icarəyə götürmək, eləcə də “Şamaxı”dan Rikardo Fernandesi almaq fikrindən uzaq olduğunu göstərdi.

Shares: