“Araz-Naxçıvan” Patrik Andrade ilə yolları ayıra bilmir. Kabo-Verde yığmasının sabiq üzvü muxtar respublika təmsilçisiilə müqaviləni pozmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, mövsüm bitən kmi 10 futbolçu ilə vidalaşan naxçıvanlılar yarımmüdafiəçini də yola salmağa çalışır. Amma ötən il 1+1 illik müqavilə bağlayan oyunçu anlaşmanı pozmaqdan imtina edir. Şərtlərə görə “+1” bəndi qüvvəyə minmiş Patrik tərəflər arasında razılaşdırılmış məbləği istəyir. Klub isə onun azad agent kimi getməsinin tərəfdarıdır.

Büdcəsi xeyli azalan “Araz-Naxçıvan” yüksək ödənişli oyunçularla davam etmək niyyətində deyil. Bu səbəbdən Andrade də yola salınmalıdır. Amma legioner daha yaxşı təklifi olmadığı üçün təzminat almadan getmək niyyətində deyil.

Shares: