ABŞ millisi DÇ-2026-dakı ikinci oyununda Avstraliyanı 2:0 hesabı ilə məğlub edib. Bununla da sözügedən yığma son 96 ildə ən yaxşı nəticəsinə imza atıb.

Komanda 1930-cu ildə keçirilən dünya çempionatından sonra ilk dəfə mundialın startında ardıcıl iki qələbə qazanıb. 1930-cu ildə keçirilən ilk dünya çempionatında ABŞ millisi əvvəlcə Belçikanı, daha sonra isə Paraqvayı 3:0 hesabı ilə məğlub etməklə yarımfinala vəsiqə qazanmışdı.

Xatırladaq ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi ABŞ millisi DÇ-2026-dakı ilk matçında Paraqvayı 4:1 hesabı ilə məğlub edib. 2 turdan sonra 6 xalı olan komanda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.

Shares: