Qışda “Sabah”dan ayrılan Boyan Letiç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Bosniya və Herseqovinanın “Sloqa Meridian” klubundan ayrılan 33 yaşlı müdafiəçiyə Azərbaycan Premyer Liqasından təklif var.
Hələlik adı açıqlanmayan klubdan dəvət aldığını Letiç özü də saytımıza təsdiqləyib:
“Onlar qışda mənimlə əlaqə saxlamışdılar. İndi yenidən danışdıq, dedilər ki, daha gənc futbolçu axtarırlar. Əgər tapa bilməsələr, mənimlə bağlı qərar verəcəklər”.
Qeyd edək ki, 2022-ci ilin fevralından 2026-cı ilin yanvarınadək “Sabah”ın formasını geyinən Letiç 125 oyunda meydana çıxıb.





