Bu ayın sonunda start götürəcək Uimbldon turnirində bir neçə tanınmış tennisçi çıxış etməyəcək. Keçən il turnirdə finala yüksələn Karlos Alkarasın iştirak etməyəcəyi çoxdan məlum idi. Zədəsini sağaltmaqla məşğul olan ispan tennisçi yalnız Amerika turuna hazır ola bilər.
İki gün əvvəl Lorenzo Muzettinin də zədə səbəbilə oynamayacağı bəyan edilmişdi. Bu gün isə daha iki tennisçinin turniri buraxacağı məlum olub.
Danimarkalı Holger Rune uzun müddətdir ki, zədədən əziyyət çəkir. Tennisçi artıq sağalsa da, turnirə qədər tam hazır ola bilməyəcək.
Uimbldonu buraxacaq digər tennisçi isə Tomaş Maxaçdır. İstedadlı gənc çex tennisçi zədələndiyinə görə İnigltərədə olmayacaq.





