Bosniya və Herseqovina millisi üçün hər şey bitməyib.
Futbolinfo.az xəbər verir ki, bunuadıçəkilən yığmanın baş məşqçisi Serqey Barbarez DÇ-2026-nın qrup mərhələsində İsveçrəyə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis ağır məğlubiyyətə baxmayaraq, komandasının mübarizəni davam etdirəcəyini vurğulayıb:
“Bu nəticə bizim üçün çox ağırdır. Lakin hələ hər şey bitməyib və qarşıda daha bir vacib oyunumuz var. Bəhanə axtarmağı sevmirəm. Müəyyən məqamlarda yaxşı çıxış etdik, amma buraxdığımız səhvlər bizə baha başa gəldi. İndi əsas məqsədimiz tez toparlanmaq və növbəti görüşə hazırlaşmaqdır”.
Bosniya və Herseqovina İsveçrəyə 1:4 hesabı ilə məğlub olub.






